booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Bölgələrdə tərəqqi ön mövqedədir...

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi.



Bildiyimiz kimi, bu il cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi qeyd olunur. Bu sərəncamın tələbinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədbirlər planı təsdiq edilmişdir. Həmçinin fəaliyyətinin 30 illiyini qeyd edən ADPU-nun Şamaxı filialının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı ADPU-nun rektoru professsor Cəfər Cəfərov tərəfindən əmr verilmiş, tədbirlər planı təsdiq olunmuşdur. Qeyd olunan sənədlərə əsasən tədbirlər keçirilməkdə davam edir. Belə tədbirlərdən biri də Şamaxı rayon A. Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində ADPU-nun Şamaxı filialı ilə birgə keçirilən görüş oldu. İlk olaraq Heydər Əliyev Fondu tərəfindən yenicə tikilərək cari tədris ilində istifadəyə verilən məktəblə tanışlıq həyata keçirildi.
Məktəbin akt zalında pandemiya qaydalarına riayət olunmaqla keçirilən tədbirdə salamlama nitqi ilə məktəbinin direktoru, ADPU-nun məzunu Rəsul Rzai çıxış etdi. R.Rzai ADPU-nun 100 və onun cəmiyyətdə müsbət imicə malik olan Şamaxı filialının 30 illik yubileyini təbrik edərək qeyd etdi ki, dövlətçilik səviyyəsində müəllimə göstərilən qayğı bü gün ADPU-nun təhsil cəmiyyətindəki əhəmiyyətini bir daha artırır.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək Cənab Prezidentin “ADPU-nun 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamından irəli gələn tədbirlərdə onun filiallarının da iştirak etdiyini qeyd etdi. O da vurğulandı ki, təhsilə, müəllim əməyinə böyük önəm verən Ulu Öndər Heydər Əliyev elm və təhsil məbədi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşlərin birində demişdir: “Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçib. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir.”
T.Yusifova eyni zamanda Şamaxı filialında yüksək ixtisaslı kadrların hazırlanması üçün filialda yaradılmış şəraitdən və eyni zamanda filialın 30 illik yubileyi ərəfəsində tədbirlər planına əsasən görülən işlərdən danışdı. O, növbəti tədbirin Şəhriyar qəsəbə tam orta məktəbdə keçirildiyi üçün məktəbin bütün kollektivinə təşəkkürünü bildirdi.
Sonra ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov, Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova ADPU və onun Şamaxı filialının tarixi inkişafı və kadr hazırlığı prosesində bu gün həyata keçirilən mühüm strateji addımlardan bəhs etdilər.
ADPU-nun Şamaxı filialının məzunları- A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Şəlalə Sərxanova, tərbiyə işləri üzrə direktor müavini Pərvanə Əhmədova, Riyaziyyat müəllimi Gülnar Məmmədova yüksək ixtisaslı müəllim olmaq üçün filialda aldıqları təhsilin rolundan, tələbəlik illərinin şirin xatirələrindən danışdılar.
Tədbirin sonunda məktəblilərin hazırladıqları bədii hissə tədbirə rəng qatdı


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф