booked.net

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq Şamaxı rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir


Növbəti tədbir 7 may 2021-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təbliğat qrupunun rəhbəri Könül Eyvazova, qrupun üzvü rayon Ağsaqqallar Şurasının sədri, ADPU-nun Şamaxı filialının humanitar və xüsusi fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Mayıl Alıcanov, qrupun digər üzvü ADPU-nun Şamaxı filialının pedaqoji fakultə dekanı Qahirə Şahbazova və Mərkəzin bələdçisi Şəhla İsmayılovanın iştirakı ilə Şəhriyar qəsəbə tam orta məktəbdə keçirildi.
İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin direktoru Könül Eyvazova şagirdlər önündə çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu , dünyaşöhrətli xadim Heydər Əliyev bütün şüurlu həyatını canından çox sevdiyi xalqının yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir.
Daha sonra isə Mayıl Alcanov daha geniş və ətraflı çıxışında Heydər Əliyevin Naxçıvandan başlayan şərəfli ömür yolundan və müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətindən söhbət açdı və bildirdi ki, Heydər Əliyev müasir, müstəqil, demokratik Azərbaycan dövlətini yaratdı. Vətəndaş qarşıdurmasına düçar olmuş və parçalanmaq təhlükəsilə üzləşmiş bir ölkədə xaosa və anarxiyaya son qoydu. Heydər Əliyev milli- mənəvi dəyərlərimizi dirçəltdi və inkişaf  etdirdi.
Qahirə Şahbazova Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında gördüyü misilsiz xidmətlərdən geniş söhbət açdı bə bildirdi ki, nə qədər Azərbaycan xalqı varsa , Heydər Əliyevin əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф