booked.net

Şamaxıda Talassemiya və digər qan xəstəliklərinə dəstək üçün qanvermə aksiyası keçirilib


Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Respublika Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır.

Şamaxı sakinləri aksiyada böyük fəallıq nümayiş etdiriblər. Hər bir donor əvvəl tibbi müayinədən keçdikdən sonra qanvermə prosesinə qatılıb. Aksiya çərçivəsində 200 nəfərdən ümumilikdə 70 litr qan toplanaraq xəstəliklərlə mübarizədə ehtiyac duyan xəstələr üçün ehtiyat yaradılıb.

Təşkilatçılar aksiyanın həm vətəndaşlarda humanizm və sosial məsuliyyət hissini gücləndirdiyini, həm də sağlamlıq sahəsində ehtiyacların ödənilməsinə dəstək olduğunu bildiriblər. Belə aksiyalar həmrəylik və sosial məsuliyyət nümunəsi kimi yüksək qiymətləndirilir.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф