Sentyabrın 8-də Şamaxıda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və rayon təhsil sektorunun müdiri Məsud Babayev iştirak edərək məzunları, valideynləri və müəllimləri təbrik ediblər.
Natiqlər gənclərə ali məktəblərdə uğurlar arzulayaraq onların vətənpərvər, savadlı və milli-mənəvi dəyərlərə sadiq fərdlər kimi ölkəmizin inkişafına töhfə verəcəklərinə əmin olduqlarını bildiriblər.
Görüşdə ali təhsil uğuru göstərən gənclərə təşəkkürnamə və hədiyyələr təqdim edilib



















