booked.net

ADPU-nun Şamaxı filialın kollektivi Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının rəhbərliyi və bir qrup professor-müəllim heyəti filialın 30 illik yubileyi və yeni tədris ilinin başlanması münasibətilə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi və dahi rəhbərin ruhuna ehtiram hissi ifadə olundu. Ziyarət zamanı xatırlandı ki, “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Azərbaycan gəncliyi, onun təhsili də hər zaman Ulu Öndərin diqqət mərkəzində dayanıb. Bu gün Azərbaycan gəncliyi məhz Ümummilli liderin ideyaları işığında işıqlı gələcəyə doğru addımlayır. Bu istiqamətdə aparılan bütün islahatlar cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir neçə gün sonra zəfər çalmış ölkənin qürur dolu gəncləri yeni tədris ilinə başlayırlar. Bu baxımdan həyatını dövlət və dövlətçilik yolunda şam kimi əridən dahi rəhbəri ziyarət edib minnətdarlıq hissimizi bildirmək borcumuzdur.
Həmin gün Şəhidlər Xiyabanında dəfn olunmuş həmvətənlərimizin - müstəqil və bütöv Azərbaycan uğrunda canından keçmiş fədakar Azərbaycan övladlarının məzarları da ziyarət olundu, şəhid ruhlarına dualar oxundu. Qeyd olundu ki, dövlətimiz bugünədək məhz vətənə bağlı vətəndaşlarının qanı, canı bahasına mövcudluğunu qoruyub saxlaya bilmişdir. Bu baxımdan artıq 30 ildir ki, ADPU-nun Şamaxı filialında biz təhsil işçilərinin hər zaman ümdə vəzifəsi məhz keçmişinə bağlı, gələcəyinə inamlı nəsil yetişdirmək olmuşdur. Filial bundan sonra da bu şərəfli vəzifəyə sadiq qalacaqdır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф