booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Tibb elminin inkişafında misilsiz xidmət...

ina İvanovna: Biz ruslar Azərbaycan vətəndaşı kimi Böyük Qələbə xəbərini səbirsizliklə gözləyirik


Nina İvanovna: Biz ruslar Azərbaycan vətəndaşı kimi Böyük Qələbə xəbərini səbirsizliklə gözləyirik
Ermənilər nəinki Dağlıq Qarabağda, Azərbaycanın hər bir guşəsində azərbaycanlılarla sakit, problemsiz həyat sürüblər. Belə bir şəraitdə Qarabağın, ətraf yeddi rayonun işğalı, bir milyon azərbaycanlının yurd-yuvalarından qovulması, çoxlu sayda uşaq, qadın və qocaların da olduğu insanların qətlə yetirilməsi, dəhşətli Xocalı qırğınını törətmək nə deməkdir? Onlar bu gün də dinc insanları qırırlar. Mən rus əsilliyəm, əcdadlarım iki əsrə yaxındır ki, Azərbaycana gəlmişlər və burada yaşayırıq. Bu millətdən nə bizə, nə ermənilərə, nə də digər azsaylı xalqlara qarşı bir pislik görməmişəm. Ata, baba və nənələrimdən də bunu eşitməmişəm.
 Şamaxı rayonunun Çuxuryurd kəndinin sakini, 54 yaşlı Nina İvanovna : “Azərbaycan erməni qoşunları tərəfindən işğal olunmuş torpaqlarını azad edir. Haqq-ədalət onun, bu yurdun sakini kimi bizim tərəfimizdədir. Odur ki, hər gün şad xəbərlər eşidirik, torpaqlarımız Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilir. Artıq Qubadlı da azad olundu. Tezliklə, bayrağımız bütün Qarabağ torpağında dalğalanacaq. Biz ruslar Azərbaycan vətəndaşı kimi Böyük Qələbə xəbərini səbirsizliklə gözləyirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф