booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Bölgələrdə tərəqqi ön mövqedədir...

Şamaxıdakı rus qəbiristanlığında aparılan abadlıq işləri malakanlar tərəfindən razılıqla qarşılanıb


Şamaxıdakı rus qəbiristanlığında aparılan abadlıq işləri malakanlar tərəfindən razılıqla qarşılanıb

Tarix boyu tolerantlıq diyarı olan Azərbaycanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan multikulturalizm siyasətinin nəticəsidir ki, ölkəmizdə yaşayan azsaylı xalqlar öz adət-ənənələrini, dini və mənəvi dəyərlərini qoruyub saxlayır, dövlətin hərtərəfli diqqət və qayğısını hiss edirlər
“Şirvan” az   bildirirki, bu fikirləri Şamaxıda abidələrin və türbələrin bərpası, tarixi məzarlıqların ərazisinin abadlaşdırılması işləri çərçivəsində şəhərin mərkəzində yerləşən “Rus qəbiristanlığı” adlanan ərazidə həyata keçirilən abadlıq işlərində iştirak edən tarixçi Cavid İslamov söyləyib.
Tarixçi bildirib ki, zəngin tarixi keçmişi, tolerantlıq ənənələri olan Şamaxı rayonunda da azsaylı xalqlara, milli azlıqların nümayəndələrinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli üçün lazımi tədbirlər görülür.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxıda molokanların, rus icmasının və könüllü gənclərin iştirakı ilə aparılan abadlıq işləri çərçivəsində məzarlığın ərazisindəki hasarlar yenidən qurulub, məhəccərlər quraşdırılıb. Bundan əlavə, ərazi təmizlənərək yaşıllıq zonası yaradılıb, 100-dən çox həmişəyaşıl ağac əkilib. İllərdir ki, baxımsız vəziyyətdə qalan qəbirlər restavrasiya olunub, qəbir daşları bərpa edilib. İndi malakanlar öz ulularının qəbirlərini rahat şəkildə ziyarət edirlər.
Şamaxıda yaşayan molokanların nümayəndəsi Ukleina Yekaterina Vasilyevna qəbiristanlıqda aparılan işlərdən məmnun olduğunu söyləyib: “Mən rusam, Azərbaycanda, Şamaxıda yaşayıram. Azərbaycan mənim vətənimdir, bura tolerant ölkədir. Biz ruslar vətənimiz Azərbaycanı sevirik. Gözəl ölkədir, biz burada yaxşı şəraitdə, problemsiz yaşayırıq. Azərbaycanlılara təşəkkür edirik ki, bizə çox hörmətlə yanaşırlar, onlardan pislik görməmişik. Bizim əcdadlarımız 200 il öncə buraya gəliblər. Biz molokanların müxtəlif adət-ənənələrimiz var. Onlar bizim adətlərimizə hörmətlə yanaşırlar, biz də onların. Burada dəfn olunan insanların bəzilərinin ailə üzvləri ölkədən getsələr də, biz burdayıq və bərabər qardaşlıq şəraitində yaşamağa davam edirik”.
Rayonda yaşayan molokanlardan Svixnuşina Nina İvanovna da razılığını bildirərək deyib: “Azərbaycanda doğulmuşam. Mənim vətənim Azərbaycandır. Şamaxı şəhərində yerləşən bu məzarlıqda dəfn olunan qohumlarımızı, yaxınlarımızı ziyarət etməyə gəlmişik. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma çox “sağ olun” deyirəm. Ona görə ki, ölkəmizdə bütün dinlərin nümayəndələri tolerant şəraitdə yaşayır və hər kəs bir-birinə hörmət edir. Rayon rəhbərliyinə də təşəkkür edirəm ki, bizim tarixi abidələrimizi qoruyur, bizə hörmət göstərirlər. Burada təmizlik işləri aparılıb, hasarlar yenidən çəkilib, məhəccərlər yenilənib, yaşıllıq zolağı salınıb, ağaclar əkilib”.
Şamaxıda aparılan abadlıq-quruculuq, tarixi abidə və qəbiristanlıqların bərpası işlərində gənclərin də yaxından iştirak etdiyini bildirən aksiyada iştirakçısı, könüllü gənc Toğrul Şıxıyev, bu işlərin rayonun daha da gözəlləşməsinə səbəb olacağını vurğulayıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф