booked.net

"Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” Şamaxıda "Nəsiminin ruhu" heykəl-installyasiyasının açılışı olub


...Sentyabrın 29-u- bu, adi təqvim gününə oxşamır. Tədbir iştirakçıları qeyr-adi sənət əsərinin qarşısında duyğusal anlar keçirilər.
-Bu gün Şamaxının Meysəri kəndində ikinci Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Nəsiminin ruhu" heykəl-installyasiyasının açılışıdır.
Festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edir. O, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installyasiyanın Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyir.
Heykəl-installyasiyanın müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayır və hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirir. Müəllif "Nəsiminin ruhu” adlı heykəl-installyasiyanın İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən təsitlənərək yaratdığını qeyd edir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф