booked.net

Açılmamış səhifələr: Şahxəndan


Açılmamış səhifələr: Şahxəndan

Şamaxıda Nəsiminin qardaşı Şahxəndanın məzarı ziyarət olunub
Sentyabrın 29-da İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlər davam edir. Qonaqların bir qrupu, habelə nəsimisevərlər şəhərin yaxınlığında yerləşən Şahxəndan qəbiristanlığına gəlirlər. Burada böyük şairimizin qardaşı Şahxəndanın məzarı da var. Qonaqlar onu məzarını ziyarət edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verir. Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edir ki, yazılı mənbələrdə adıçəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.
Almaniyalı nəsimişünas alim Mixael Hess abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan söz açır.
Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verir.
Xatırladaq ki, görkəmli şairimiz S.Ə.Şirvanin də bu qəbrstanlıqda dəfn edilib. Şahxəndan qəbrstanlığına ziyarət zamanı onun məşhur misralarını xatırladım:
Mən öləndə Şahxəndanda basdırın,
Çünki onun Şahidi-Xəndanı var.

"Şirvan az"


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф