booked.net

Nəsimi Şərqdə fəlsəfi poeziyanın banisidir


İmadəddin Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dildə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olub. Bu böyük mütəfəkkirin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.
 Bu fikirlər aprelin 16-da Şamaxı rayon mərkəzi kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsimi Şərqdə fəlsəfi poeziyanın banisidir” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib.
Şamaxı Dövlət Regional Kollecin tələbələrinin, ümumtəhsil məktəbi şagirdlərinin, ziyalıların, qatıldıqları tədbiri MKS-nin direktoru Ərəstun Xələfov açaraq, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 2018-ci il 15 noyabr tarixli Sərəncamının, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının elmi və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
“Dəyirmi masa”da şəhər 9 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Pərviz Maqsudov, regional kollecin tələbəsi Xanım Rəcəbova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, İmadəddin Nəsiminin adı 650 ildir Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir.
Onun ana dilindən başqa ərəb və fars dillərində yaratmış olduğu divanlar şairin adını öz vətənindən çox-çox uzaqlarda, bütün Yaxın Şərqdə şöhrətləndirib.
Şəhər 2 saylı tam orta məktəbin şagirdləri və kollecin tələbələri şairin şeirlərindən və qəzəllərindən nümunələr söyləyiblər.
Sonda mərkəzi kitabxanada təşkil edilən “İmadəddin Nəsimi- 650“ sərgisinə baxış keçirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф