booked.net

9 May - Faşizm üzərində qələbə günüdür


Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Bütün bu dünyəvi xidmətləri, müharibədə göstərilən əzmkarlıq və qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. 
İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də ikinci dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.
1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Volqoqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlin şəhərinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar". Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
İkinci dünya müharibəsi adı ilə bəşər tarixinə düşən bu savaş özünün ən qanlı, ən dağıdıcı xüsusiyyətləri ilə əvvəlkilərdən daha dəhşətli olub. Faşist Almaniyası tərəfindən 1939-cu ildə Finlandiyanın işğalı ilə başlanmış müharibəyə dünyanın 60-dan çox ölkəsi cəlb olunub. Onların əksəriyyətinin orduları cəbhələrdə üz-üzə dayanmasalsar, döyüşlərdə iştirak etməsələr də, bu və ya digər formada itkilərə məruz qalıblar. 1941-ci ilin 22 iyununda faşist Almaniyasının Sovet İttifaqına hücum etməsi nəticəsində döyüş xətti Şimal Büzlu okeanından Qara dənizədək uzanan alman-sovet savaşı ilə İkinci dünya müharibəsi həlledici mərhələyə qədəm qoydu.
Həmin dövrdə cahangirlik iddiasına düşən alman reyxinin başçısı Adolf Hitler dünyaya meydan oxuyurdu. Avropa ölkələrini çox qısa bir vaxt ərzində əsarət altına salan alman faşist qəsbkarlarının ildırımsürətli “Barbaros” planı ilk dəfə məhz Şərq cəbhəsində böyük məğlubiyyətə uğradı. Qeyd-şərtsiz, danışıqsız təslim sənədini imzalamağa məcbur olan faşist Almaniyası bu müharibə ilə dünya xəritəsində əsaslı dəyişikliklərə səbəb oldu.
Dünya faşizm təhlükəsindən xilas oldu. Bu, 50 milyondan çox itki vermiş bəşəriyyətin ən böyük qələbəsi idi. Həmin tarixi qələbədən 70 il keçsə də, təəssüflər olsun ki, bəzi ölkələr, o cümlədən Ermənistan Respublikası faşizim ideologiyasına sadiqlik nümunəsi göstərərək, öz işğalçılıq siyasətindən əl çəkmir.
Hər evində, hər ailəsində qanlı müharibənin mənhus izləri qalmış Azərbaycan xalqı da İkinci dünya müharibəsinə 600 mindən çox sakinini göndərmişdi. Onların 300 mindən çoxu döyüş meydanlarından qayıtmadı, qəhrəmancasına həlak oldu, itkin düşdü. Azərbaycanın oğul və qızları alman faşizimi ilə ölüm-dirim savaşında öz beynəlmiləl borcunu yerinə yetirəndə  də, Qarabağ uğrunda gedən milli mücadilədə də mərdlik və qəhrəmanlıq nümunəsi göstərmişlər. Azadlıqsevər xalqların nümayəndələri ilə çiyin-çiyinə döyüşən minlərlə igidlərimiz ümumbəşəri ideallar uğrunda canlarını qurban vermişdir. Ikinci dünya müharibəsində göstərdikləri igidlik və şücaətlərə görə 130 nəfərdən çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Faşizm üzərində qələbə digər bir sıra xalqlar kimi, Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla da qərb sərhədləri bir qədər möhkəmləndirildi.
Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!” Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə cəlb olunması ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı da Vətən uğrunda müharibəyə qatıldı.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin rəhbərliyi altında fəaliyyət göstərən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı adlanırdı. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünmüş və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. Plana görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalıydı. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də nəzərdə tutmuşdular.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Reyx fürer hələ bundan xeyli əvvəl, “Mənim mübarizəm” adlı kitabında yazmışdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”.
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etmişdi. Avqust ayına qədər təxminən 23 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 87 min nəfər döyüşçü vardı ki, onların da 30 mindən çoxu qadın idi. Ümumiyyətlə, 1941-1945-ci illər ərzində Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək adam səfərbər olunaraq cəbhəyə göndərilmişdi.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal olunan yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bir çoxu bu savaşda həlak  olaraq əbədiyyətə qovuşmuşdur.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, şəhər əhalisinin təhlükəsizliyini fədakarlıqla qorumuşlar. Onlardan biri – Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi igidliyə və şücaətə görə ölümündən sonra o, yüksək mükafata Lenin ordeninə layiq görülmüşdü. Moskva, Stalinqrad uğrunda döyüşlərdə də azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvəsi və güclü texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı, dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında gedən vuruşda İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdir. İsrafil təkbaşına 70-dən çox faşisti məhv etdiyinə görə ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. İsrafil Məmmədov bu yüksək ada layiq görülən ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə geriyə dönməyə müvəffəq olmuşdur. Paytaxt uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və  onların hamısı yüksək mükafatlara layiq görülmüşdür.
Stalinqrad uğrunda gedən döyüşlərdə isə Baloğlan Abbasovun snayperçilər dəstəsi, Həzi Aslanovun tankçılar alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Buna görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdır. Bundan əlavə, Həzi Aslanov 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın, 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, nasist cəlladlarının məhv edilməsində sovet silahlı qüvvələrinə yaxından kömək göstərmişdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə Məlik Məhərrəmova, Mikayıl Ələkbərova və Fariz Səfərova da Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
Bir tarixi faktada nəzər yetirək.1941-ci ilin yazında Bakı neft mədənlərinin istismarının təşkil olunması məqsədilə almanlar xüsusi idarə -“Vestfalen qərargahı”nı yaratdılar. 1941-ci il iyulun 16-da keçirilən yığıncaqda qeyd olundu ki, “Bakı vilayəti” alman konsessiyası olmalıdır”.”Felmi” planına uyğun olaraq Bakının ələ keçirilməsi tarixi 25 sentyabr 1942-ci il müəyyənləşdirildi. 1942-ci ildə faşist Almaniyasının Bakını ələ keçirmək cəhdləri bu planların tərkib hissəsi idi. Faşist Almaniyası Bakı neftinin müharibədəki roluna yüksək qiymət verdiyindən Vermaxtın planında Qafqazın ələ keçirilməsi, neft rayonlarını zəbt etmək mühüm yer tuturdu. Müharibə ədəbiyyatının təhlili, döyüş əməliyyatlarına dair xəritələr və sərkərdələrin hesabatları belə qənaətə gəlməyə əsas verir ki, Hitler Almaniyası təkcə müharibənin ilk yarımilində deyil, həmçinin müharibənin gedişi prosesində də Bakı məsələsini “yaddan çıxarmamışdı” Bakı nefti Fransa və İngiltərənin  hərbi-strategi planlarında xüsusi yer tuturdu. Hitler Almaniyası Parisi ələ keçirən zaman - 1940-cı ilin iyun ayında kiçik La Şarite şəhər vağzalında alman yefreytor Parisdən aparılan gizli fransız arxivini, o cümlədən ingilis-fransız  danışıqlarının yazısını ələ keçirir. Fransız  qərargahının gizli sənədlərindən məlum olur ki, Fransa və İngiltərənin planında Qafqazın və Bakının neft sənayesinin ələ keçirilməsi əsas   yerlərdən birini tuturmuş.

Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında:

         “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”;
         “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”;
         “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir”;
         “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında

         “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”;
         “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”;
         “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib.” 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф