booked.net

Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin inkişafında keyfiyyətcə yeni mərhələ oldu


         
           Dövlət başçısı cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə ölkə seçicilərinin mütləq əksəriyyətinin- 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələsini təşkil edir.  
           Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Azərbaycan xalqı görülən işləri yüksək dəyərləndirməklə ölkəmizin inkişafına, tərəqqisinə, təhlükəsizliyinə, gələcəyinə səs vermişdir. 
Keçirilmiş seçkilər haqqında beynəlxalq rəy də reallığı çox müsbət qiymətləndirdi. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq dedi: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.
             2018-ci il aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində cənab İlham Əliyev dediyi bu sözlərlə hər bir azərbaycanlını əmin etdi ki, xalqımızı qarşıda daha uğurlu illər gözləyir: «Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»
            Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmləndirmiş olur.
               “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətinin mahiyyətini bəyan edən cənab İlham Əliyev hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirlərini hər zaman olduğu kimi, bu dəfə də real, konkret fəaliyyəti ilə sübut etdi. 
               Həmin illərdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərdən biri kimi daim diqqət mərkəzində oldu. 
             2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
             Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir 
                Bu illər iqtisadi yüksəliş dövrü kimi də xarakterizə olunur. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”- fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb.Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub.Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. 
           Həmin illər ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini də xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmizdünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
          Həmin illərdə azad sahibkarlığın inkişafına diqqət daha da artırıldı. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildi. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradıldı və qeyri-neft sektorunun inkişafı təmin edildi. 
           Prezident İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə rəhbərliyinin ən funda­mental nailiyyətlərindən biri də ümummil­li lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyasının layiqli surətdə həyata keçirilməsi olmuşdur. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyul­du. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu.
               Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulub ki, bu amil özü Azərbaycana olan etimad və ölkədəki əlverişli və etibarlı investi­siya mühiti ilə birbaşa bağlıdır. Eləcə də 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir.
               2003-2018-ci illər həm də milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. 
                Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. 
              Prezident İlham Əliyevin həssaslıq və zərgər dəqiqliyi ilə yürütdüyü strateji eh­tiyat siyasəti Azərbaycanın xarici siyasət sahəsində və beynəlxalq münasibətlər sistemində də müxtəlif böhran, risk və çətinliklərə qarşı səmərəli mübarizə aparmaq qabiliyyətinin əsasını təşkil edir.
            2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələrreallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir.
2003-2018-ci illər yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf edib. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir.Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı). Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib.
             Həmin illərdə su təchizatı məsələləri əsasən öz həllini tapmışdır. 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır.
            2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.
               Cənab İlham Əliyevin 2003–2018-ci illər ərzindəki prezidentliyi iqtisadi yüksəliş dövrü kimi xarakterizə olunur. Prezidentin həmin dövrdə apardığı səmərəli siyasət və iqtisadi islahatlar sayəsində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə yüksəlib. Ölkənin strateji valyuta ehtiyatla­rı 26,6 dəfə artıb, maliyyə imkanları əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib.
                Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dün­ya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak edib. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olub. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə qərarlaşdı. İdman hərəkatının vüsət alması və bu sahədə qazanılan uğur­lar ölkədə gənclərin fiziki hazırlığının gücləndirilməsi ilə yanaşı, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə töhfə vermişdir ki, bu da Vətən müharibəsində və ondan sonrakı dövrdə öz müsbət təsirini bariz surətdə göstərmişdir.              
                Bütün bu uğurların səbəbəbini cənab Prezident İlham Əliyev belə əsaslandırır: "Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır."


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф