Aprelin 19-da xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfərə gəliblər.
Səfərdə 60-a yaxın xarici diplomat iştirak edir.
Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
И :19-04-2019, 14:51
П :2 114
Share
Digər Xəbərlər
1/5