Şamaxı rayonunda 2021-ci ilin ilk altı ayında 294 yeni iş yeri açılıb.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, yeni açılan iş yerlərinin hamısı daimidir. Daimi iş yerlərinin 21-i mövcud idarə və müəssisələrdə, 273-ü isə fiziki şəxslərdədir.
Qeyd edək ki, yarım ildə bölgədə yüzlərlə vətəndaş mövsümi işlərdə də çalışıb. Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Şamaxıda yarım ildə 294 daimi iş yeri açılıb
И :28-07-2021, 11:55
П :2 032
Share
Digər Xəbərlər
1/5