booked.net

ŞUŞA BƏYANNAMƏSİ- SARSILMAZ QARDAŞLIĞIN RƏMZİ


“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında- Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə- Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”- Bu sözləri Azərbaycan Respublikasının Prezidenti lham Əliyev 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması mərasimində söylədi.
Şuşa Bəyannaməsi Qardaşlığın rəmzidir, ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən ali sənəddir. Bəyan olunduğu kimi, Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri- beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əhatə olunur. Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi də öz əksini tapır.
İki ölkə arasında müttəfiqlik münasibətləri haqqında olan bu tarixi sənəddə ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz təcəssümünü tapıb. XX yüzilin əvvəllərində deyilmiş “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” (Atatürk), XX yüzilin sonlarında deyimiş “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” (H.Əliyev) kəlamları 15 iyunda Şuşada yenidən çiçəkləndi, sarsılmaz qardaşlığımızın əbədiliyini bütün dünyaya bir daha bəyan etdi.
Strateji önəm daşıyan bu tarixi əhəmiyyətli hər iki ölkə üçün son dərəcə önəmli məsələlər öz əksini tapıb:
- beynəlxalq müstəvidə işbirliyi,
- siyasi münasibətlər,
- hərbi münasibətlər,
- iqtisadi-ticari əlaqələr,
- mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s...
Yüksək strateji əhəmiyyət daşıyan bu sənəd bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələrinə gəlincə, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapırb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. İndi biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq.
Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Beləliklə, müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaq. 44 günlük müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
Diplomatik münasibətlərin yeni səviyyəsinə gəlincə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.
Azərbaycan-Türkiyə işbirliyindən bölgəyə, qonşulara yalnız xeyir, fayda gələ bilər. Haqqı, ədaləti, birgəyaşayışı, sülhpərvər siyasəti təmsil edən Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərini inkişaf etdirməklə 3+3 formatı üçün də geniş qapı aralamış olur.
Dialoqa, əməkdaşlığa, beynəlxalq hüquq normalarına, iqtisadi-ticari iəlaqələri gücləndirməyə qarşı olmayan hər kəsin keçə biləcəyi qapıdan söhbət gedir. Hazırda o qapı Zəngəzur dəhlizinə
açılır. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatında öz əksini tapmışdı və Şuşa Bəyannaməsi ilə bir daha gündəliyə gəldi. Zəngəzur dəhlizində işlərin müxtəlif bəhanələrlə ləngidilməsinə çalışan Ermənistan rəhbərliyi anlamalıdır ki dəhlizin qarşısını almaq mümkün deyil, ləngimələrsə ilk növbədə Ermənistanın özünə ziyandır.
Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək.
Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyindən və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağından xəbər verir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф