booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Şamaxı üzümçüləri bağlarda quru budama işlərini davam etdirirlər


Şamaxı üzümçüləri bağlarda quru budama işlərini davam etdirirlər

2021-02-19
Şamaxı rayonunun üzümçüləri bağlarda quru budama işlərini sürətlə davam etdirirlər və artıq 1360 hektarda bu iş başa çatdırılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, quru budama üzümçülükdə mühüm aqrotexniki tədbirdir. Erkən yazadək tinglərin budanması və bağlama işləri başa çatdırılmalıdır. Rayonda bu iş üçün 800 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Onlar qabaqcadan mütəxəssislər tərəfindən təlimatlandırılıblar.
Qeyd edək ki, vaxtilə üzümçülük bölgəsi kimi tanınan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etməkdədir. Hazırda rayonda 1835 hektardan çox üzüm bağı var ki, bunun da 1673 hektarı bar verir. Təkcə ötən il 150 hektarda yeni bağlar salınıb. Məhsul istehsalı da ildən-ilə artır və 2020-ci ildə 12 min 472 ton olub.
Rayonun Şəhriyar, Meysəri, Mədrəsə və digər ərazi dairələrində Azərbaycanda vaxtilə məşhur olan və xarici ölkələrə də ixrac edilən yerli “Şamaxı mərəndisi”, “Mədrəsə”, “Bayanşirə”, “Ağadayı”, “Hafizəli”, “Kişmişi” sortları yetişdirilir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф