booked.net

Şamaxıda üzüm plantasiyalarından indiyədək 21 min ton məhsul yığılıb


Şamaxıda üzüm plantasiyalarından indiyədək 21 min ton məhsul yığılıb

2020-10-19
Şamaxı rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatmaq üzrədir.
Vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Hazırda rayonda 1808 hektar bar verən üzüm bağı var. Məhsul istehlakçıları indiyədək 1420 hektar bağın məhsulunu yığıb, 21000 ton üzüm tədarük ediblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa daxili bazara çıxarılıb.
Qeyd edək ki, cari mövsümdə Şamaxının üzüm bağlarından 25 min tondan çox məhsul yığımı proqnozlaşdırılır.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф