booked.net

Şamaxı üzümçüləri məhsul yığımını başa çatdırıblar


Şamaxı üzümçüləri məhsul yığımını başa çatdırıblar

Şamaxıda üzüm yığımı başa çatıb. Plantasiyalardan 12 min 645 ton məhsul yığılıb ki, bu da ötənilki göstəricidən 2336 ton çoxdur.
Şamaxıda son illər üzümçülük sürətlə inkişaf etdirilir. Artıq plantasiyaların sahəsi 1808 hektara çatdırılıb. Bunun 1637 hektarı məhsuldardır. Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ’’ və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar, Mədrəsə qəsəbələri, Meysəri, Mirikənd, Çarhan ərazi dairələri məhsul istehsalında fərqləniblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф