booked.net

Şamaxıda Beynəlxalq Ailə Günü münasibətilə maarifləndirici görüş keçirilib


15 may 2026-cı il tarixində Şamaxı rayonunda Beynəlxalq Ailə Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Şamaxı şəhər 10 saylı tam orta ümumtəhsil məktəbi-də Şamaxı Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin və təhsil sektorunun nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edənlər ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayıb, onun milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, sağlam ailə münasibətləri uşaqların düzgün tərbiyəsinə, onların sosial rifahına və gələcək inkişafına müsbət təsir göstərir.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, İctimai Şuranın sədr müavini Nəzakət Abdurazaqova, rayon üzrə Təhsil Sektorunun müdiri Məsud Babayev və digər çıxış edənlər ailə institutunun qorunmasının vacibliyini diqqətə çatdırıblar.

Çıxışlarda ailədaxili münasibətlərin formalaşmasında mənəvi dəyərlərin rolu, uşaqların ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyəti qeyd edilib. Eyni zamanda erkən nikahların və zərərli vərdişlərin cəmiyyətə və ailə institutuna mənfi təsirləri barədə məlumat verilib.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф