booked.net

Şamaxıda Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.


15 may 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə Şamaxı şəhər 3 saylı tam orta məktəbdə müəllim, şagird və valideynlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Mehriban Eyubova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev, rayon üzrə Təhsil Sektorunun müdiri Məsud Babayev, rayon mərkəzi xəstəxanasının İlkin səhiyyə xidməti şöbəsinin müdiri Leyla Bəkirova və rayon prokurorunun böyük köməkçisi Səbuhi Məmmədov Beynəlxalq Ailə Gününün qeyd edilməsinin əsas məqsədi barədə tədbir iştirakçılarına məlumat verərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, ümumi olaraq milli genefondumuzun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.
Çıxış edənlər ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolunu, uşaq və gənclərimizin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini, sağlam ailə sağlam gələcəyin təminatı olduğunu qeyd ediblər, ailə institutuna zərər vuran erkən nikahlar, zərərli vərdişlərin yaratdığı mənfi hallar və bu mövzuda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barədə dinləyicilərə geniş məlumat veriblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф