booked.net

Şamaxı Rayon İcra Hakimiyyəti və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.


15 may 2025-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Mehriban Eyubova,  ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev, rayon Polis şöbəsinin rəis müavini Səid Seyidov, rayon mərkəzi xəstəxanasının İlkin səhiyyə xidməti şöbəsinin müdiri Leyla Bəkirova, universitetin müəllim kollektivi və tələbələr iştirak ediblər.
Çıxış edənlər Beynəlxalq Ailə Gününün qeyd edilməsinin əsas məqsədi barədə tədbir iştirakçılarına məlumat verərək dövlətimizin ailə siyasətinin formalaşması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini vurğulayıb, gənc ailələrə göstərilən diqqət və qayğıdan söz açıblar. 
Söhbət zamanı mili-mənəvi dəyərlərimizin qorunub saxlanılması, yeniyetmə və gənclərin cəmiyyətin gələcəyi, mükəmməl üzvü kimi bərqərar olması, onların gələcəkdə nümunəvi ailə başçısı olmasında ailə məsuliyyətinin aşılanması, gənclərimizin vətənə və xalqına sevgi ilə, böyük nəsilə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyəti, ailə instutuna zərər vuran erkən nikahlar və qohum hesab edilən şəxslər arasında evliliklər, zərərli vərdişlərin yaratdığı mənfi hallar və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər kimi mövzular müzakirə olunub.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф