booked.net

Şamaxıda "Məişət zorakılığının qarşısının alınması" mövzusunda maarifləndirici təlim keçirilib.


Şamaxı Peşə Liseyində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması" mövzusunda maarifləndirici təlim keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, komitənin Hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektor müavini Vəfa Ələkbərova, sektorun məsləhətçisi İradə Məmmədova və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova iştirak ediblər.
İlk olaraq liseyin direktoru İsmayıl Tarverdiyev qonaqları salamlayaraq cəmiyyət üçün çox vacib olan məsələylə bağlı müzakirələrin məhz lisey tələbələrinin iştirakıyla aparılmasını müəssisəyə olan dövlət qayğısı və diqqəti kimi dəyərləndirib.
Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova "Azərbaycanda məişət zorakılığı və onun qarşısının alınması sahəsində görülən tədbirlər" mövzusunda təqdimat edib.
Sonra komitənin sədr müavini Sədaqət Qəhrəmanova tələbələrin və lisey əməkdaşlarının verdiyi sualları cavablandırmaqla onlara dəyərli tövsiyələr verib, gələcək xoşbəxt həyatlarını qurmaq yolunda uğurlar arzulayıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф