booked.net

Şamaxı rayonunda taxıl biçini kampaniyası sürətlə davam etdirilir və artıq 24 min 326 hektar sahənin məhsulu yığılıb.


Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  “Şirvan”a bildirilib ki, cari ilin məhsulu üçün 41 min 79,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 29 min 588,3 hektarı buğda, 11 min 491 hektarı arpadır. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Hər gün sahələrə 40-dan çox kombayn çıxarılır. İndiyədək biçilən sahələrdən 31 min 71,6 ton buğda, 18 min 107 ton arpa götürülüb. Məhsuldarlıq ötən ildəkindən çoxdur. Rayonun bir sıra iri taxılçılıq zonalarında, o cümlədən Sabir, Şəhriyar qəsəbə, Çarhan, Məlikçobanlı, Həmyə ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф