booked.net

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov yeni ilin ilk ayında da sakinlərlə səyyar görüşləri davam etdirib


Vətəndaşların müraciətlərinə yerində baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi istiqamətində dövlətimizin başçısının tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri rəhbər tutan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov yeni ilin ilk ayında da rayonun kənd və qəsəbə sakinləri ilə səyyar qəbul-görüşləri davam etdirib.

        Mirikənddə keçirilən görüşdə kənd camaatı İcra başçısını və qonaqları səmimiyyətlə qaşılayıb.
 
Yanvarın 19-da keçirilən görüşdə kənd sakini  Eynalov Kamil ölkəmizdə və bölgələrdə, o cümlədən Şamaxı rayonunda aparılan böyük quruculuq işlərindən danışıb və vətəndaşlara göstərdiyi bu diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirib. Başqa sakinlər də  çıxış edərək əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ediblər. 
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlərin aradan qaldırılacağını deyən İcra başçısı əhalinin sosial rifahına yönəlmiş tədbirlərin  bundan sonra da davam etdiriləcəyini deyib. 
Rayon rəhbəri kənd əhalisinin güzəranı, qayğıları, üzləşdikləri çətinliklərlə maraqlanıb, onların təklif və arzularını dinləyib. 
Beydiyev Əmrah kəndin su təminatının yaxşılaşdırılmasına, Dadaşov Yahyazadə kənddaxili yolların təmir olunmasına, Musayev İnşallah isə kəndin yeni yaşayış massivinin qazlaşdırılmasına ehtiyac olduğunu bildiriblər.          
Eynalov Elşad fərdi yaşayış evi tikməsi üçün torpaq sahəsi ilə təmin olunmasına, Eynalov Sənan özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməsinə köməklik göstərilməsini İcra başçısından xahiş ediblər. 



                   Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu yanvarın 19-da Qurdtəpə kəndində keçirilib.


Görüş zamanı sakinlər minnətdarlıqla bildiriblər ki, istər səyyar qəbullarda, istərsə də fərdi şəkildə aparılan qəbullarda onların müraciətlərinə diqqətlə yanaşılır. 
RİH-nin başçısı bildirib ki, vətəndaşların hər bir müraciətinə bundan sonra da həssaslıqla yanaşılacaq, qaldırılan məsələlər qanunvericiliyə uyğun həllini tapacaq. Bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davam etdiriləcəkdir. 
Qəbul zamanı sakinlər qayğı və problemlərindən də danışıblar. Şahməmmədov Qəhriman, Zahidov Ağasadıq, Şahməmmədov Canməmməd, İsrayılov Rasif çıxış edərək RİH başçısından kəndə gələn avtomobil yolunun təmir olunmasına, kəndin qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, tibb məntəqəsinə tibb işçilərinin təyin olunmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Sakinlər kənd məktəbi üçün yeni binanın tikintisinə ehtiyac olduğunu xüsusi qeyd ediblər.   
RİH başçısına şəxsi məsələlərlə bağlı müaraciət edələr də olub. Şahməmmədova Xanım zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin əvəzinə yenisinin tikilməsinə köməklik göstərilməsini istəyib. Kərimov İlham oğlunun işlə təmin olunmasını xahiş edib. 
Sakinlərdən İsmayılov Amil, Şahməmmədov Qoşqar, Şahməmmədov Məhəbbət, İslamov Hümbət, İsmayılov İttifaq, Şahməmmədov Sədi, İsmayılov Əhməd, Salahova Soltanxanım da çıxış edərək kəndin bəzi problemlərinin, eləcə də şəxsi həyatlarında olan çətinliklərin aradan qaldırılması üçün köməklik istəyiblər. 

                RİH-nin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu yanvarın 26-da Məlcək kəndində keçirilib. 


İcra başçısı görüş zamanı vətəndaşla dövlət qurumları arasında birbaşa dialoqun hamı üçün əlçatan olması baxımından yerlərdə qəbul-görüşlərin keçirilməsinin ölkə Prezidentinin xüsusi diqqətində olduğunu vurğulayıb. 
Səmimi ab-havada keçən səyyar qəbul-görüşdə sakinlər  qarşılaşdıqları problemlərlə bağlı RİH-nin başçısı Tahir Məmmədova müraciət ediblər, ondan bu məsələlərin həllində köməklik istəyiblər. 
Sakinlərədən İmranlı Müseyib bildirib ki, camaat kəndə gedən avtomobil yolundan çox əziyyət çəkir. Yol təmir edilsə, sakinlər üçün böyük rahatlıq olar. Mikayılova Rübabə özünüməşğulluq proqramına cəlb olunmaq arzusunu söyləyib. Şahbazova Gülşarə isə şəxsi xahişlə müraciət edərək, tibb məssisələrindən birində  işlə təmin olunmasına köməklik istəyib. 



RİH-nin başçısı Tahir Məmmədov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə yanvarın 26-da Qaravəlli kəndində səyyar qəbul keçirib. 

İcra Hakimiyyətinin başçısı görüşdə son dövrdə rayonumuzda görülmüş işlər, kəndlərin sosial problemlərinin, səyyar qəbullarda qaldırılmış məsələlərin həlli ilə əlaqədar həyata keçirlən tədbirlər barədə məlumat verib. 
Kənd sakinləri qəbul zamanı qayğlarını da dilə gətiriblər. Şahbazov Elxan kəndin su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib. Sakinlərdən İsmayılov Qibləli, İsmayılov Əzizxan, Salmanov Fərman, Nağıyev Eyyub, Şirinov Ziya, Nağıyev Teyyub də çıxış edərək, kənd sakinlərinin qarşılaşdıqları başqa çətinliklərin həlli üçün rayon rəhbərinə müraciət ediblər.   
                                                 
RİH-nin başçısı Tahir Məmmədov keçirdiyi bütün səyyar qəbullarda kənd sakinləri və hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. 
Rayon rəhbəri bildirib ki, sakinləri narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmayacaq. 
Səyyar qəbullarda sakinlərin təklifləri, istəkləri dinlənilib, onları narahat edən problemlərin həlli üçün aidiyyəti qrumların rəhbərlərinə göstəriş verilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф