Şamaxı rayonunda fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir və vətəndaşların müraciətləri əsasında indiyədək 5526 evə baxış keçirilib.
Baxış keçirilən evlərdən 270-i kəskin qəzalı hesab edilib. Habelə, 1271 evdə bərpa-gücləndirməyə, 2176 evdə isə təmirə ehtiyac var. Üç evin yenidən tikintisi başa çatdırılıb, 71 ev isə tikilir. Daha 24 evdə söküntü işləri aparılır.
Hazırda vətəndaşların müraciətləri əsasında evlərə baxış prosesi davam edir.
Zəlzələdən sonra Şamaxıda 5526 evə baxış keçirilib
И :30-04-2019, 08:39
П :1 547
Share
Digər Xəbərlər
1/5