booked.net

Rayonun 13 yaşayış məntəqəsində kütləvi tibbi müayinə başa çatıb


Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün bölgələrində, o cümlədən Şamaxıda əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir və artıq rayonun 13 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından  “Şirvan”a  bildirilib ki, indiyədək 18 yaşdan yuxarı 72767 sakinin 10411 nəfəri tibbi müayinədən keçib. Müayinə olunanların 2180 nəfəri ambulator, 145 nəfəri stasionar müalicəyə cəlb olunub. 119 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 175 nəfər isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Qeyd edək ki, bu humanist aksiya xüsusi komissiyanın nəzarəti altında tərtib olunan qrafik əsasında aparılır. Əlil və ahıl insanların dispanserizasiyası səyyar həkim briqadası tərəfindən evlərdə həyata keçirilir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф