booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Şamaxıda fermerlərlə görüş keçirilib


20 Aprel 2022-ci il tarixində Mədəniyyət mərkəzində rayonda fəaliyyət göstərən fermerlərlə görüş görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, əlaqədar qurumların rəhbərləri və fermerlər iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə açan Hikmət Şikarov ölkəmizdə kənd təsərrüfatı sahələrinin inkişafı və perespektivləri, o cümlədən rayonda əkinçiliyin mövcud vəziyyəti və bu sahədə görülmüş işlərdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. RİH başçısının müavini qeyd etmişdir ki, ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması yeni uğurların qazanılmasında əhəmiyyətli rol oynayır. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası nəticədə  kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxışında bildirmişdir ki, Şamaxı və Qobustan rayonlarında bu il ümumilikdə 72 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bu sahələrin 66 min hektara yaxını suvarılmayan ərazilərdə aparılıb. Qlobal iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması dəmyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Bununla belə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər məhsul götürməyə imkan verir. Bu baxımdan hər iki rayonun taxılçı fermerləri sahələrdə texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirməlidir. 

Natiq nazirliyin müvafiq qurumları tərəfindən rayonda mövcud olan taxıl sahələrində aparılmış monitorinqin nəticələri barədə də tədbir iştirakçılarına məlumat verərək əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini vurğulamış, bu isə öz növbəsində mövsümün sonu sahələrdən bol məhsul götürüləcəyini söyləməyə əsas verdiyini bildirmişdir. Taxılçı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyinə toxunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev düzgün toxum seçimi, aqrotexniki qulluq qaydaları, gübrə normativləri və s. barədə fermerlərə geniş məlumat verilməsinin və müvafiq izahat işlərinin aparılmasının əhəmiyyətindən də söz açmışdır.  

Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф