booked.net

Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır.

Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində“France-24” televiziya kanalına müsahibə verdi
BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülh, əməkdaşlıq, tərəqqinin tərəfdarı olduğunu bir daha bəyan etdi. 30 il ildir işğal altında qalan torpaqlarımız azad edilib. Azərbaycan öz iqtisadi imkanları ilə bu ərazilərdə artıq bərpa, quruculuq işləri aparır. Kommunikasiyaların bərpası ilə bağlı mühüm addımlar atılır. Ölkəmizin təklif etdiyi prinsiplər postmüharibə dövründə regionda olan bütün dövlətlərin və xalqların inkişafını özündə ehtiva edir.
Dünyanın aparıcı media qrumlarının postmüharibə dövründə Azərbaycanda gedən proseslərə ciddi maraq göstərməsi də daha çox bununla bağlıdır.
Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibəsində sülh və regionun inkişafı naminə Azərbaycanın danışıqların aparılmasına hazır olduğunu yenidən bəyan etdi.
Ölkə başçısı bildirdi ki, söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz region daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin sülh və təhlükəsizliyi naminə Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.
Amma təəssüflər olsun ki, ölkəmizin bu humanist və sülhpərvər çağırışlarından heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının
mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib.
Dövlətimizin başçısı televiziya müsahibəsində qarşı tərəfə, eləcə də dünya ictimaiyyətinə xatırlatdı ki, münaqişə artıq öz həllini tapıb: "Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq."
Ölkə rəhbəri 44 günlük Vətən müharibəsində məğlub olmuş Ermənistanın öz xislətindən hələ də əl çəkmədiyini, yenə ərazi iddiaları ilə çıxış etdiyini qeyd edib. Bildirib ki, bu iddialar absurddur. Onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.
"Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib." kimi sualla ermənipərəst mövqeyini az qala hər sualda biruzə verən Fransa jurnalisti gərək olan cavabı yerindəcə aldı. Prezident İlham Əliyev dedi: "Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir."
Münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir.Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar.Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər- yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.
Ölkə başçısı müsahibəsində deyib ki, Ermənistandan fərqli olaraq Azərbaycan qonşularına qarşı ərazi iddiaları ilə çıxış etmir: "1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur."
Prezident İlham Əliyev Ermənistan siyasi-hərbi rəhbərliyini revanşist çıxışlarına görə bir daha xəbərdarlıq edib: "Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır."
Dövlətimizin başçısı France-24 kanalının erməni hərbi əsirlərlə bağlı sualını da cavablandırdı. Bildirdi ki, hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir.2020-ci il noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.
Prezident İlham Əliyev müsahibəsində ATƏT üzvü bir ölkənin- Fransanın 44 günlük müharibədə tərəf tutduğunun yolverilməzliyini bu sözlərlə çatdırdı:"Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır."
Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlətimizin başçısı deyib: “Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.

Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф