05 aprel 2019-cu il tarixində Şamaxı şəhər Heydər Əliyev adına parkda Şamaxı Rayon Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi və Gənclər İdman idarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi idman oyunları keçirilibdir. Yarışın açılış mərasimində Şamaxı RTŞ-nin metodisti Vaqif Qasımov, Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsinin əməkdaşları çıxış edərək gənc “Şahin”-lərə uğurlar arzuladılar. Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra I yerə Mədrəsə qəsəbə tam orta məktəbi, II yerə Məlhəm kənd tam orta məktəbi, III yerə isə Qaravəlli kənd tam orta məktəbinin komandaları layiq görüldülər. Mədrəsə qəsəbə tam orta məktəbinin komandası 17 aprel 2019-cu il tarixində Göyçay şəhərində keçiriləcək zona yarışına vəsiqə qazandı. Qalib komandamızı təbrik edir, növbəti mərhələdə qalibiyyət arzulayırıq.
Rayonda “Şahin” hərbi idman oyunları keçirilib
И :8-04-2019, 08:24
П :4 847
Share
Digər Xəbərlər
1/5
19:21
17 oktyabr- Füzulinin işğaldan azad olunduğu gün Azərbaycan dövlətinin tarixində əbədi qalacaq
13:26
Şəhid ailələri üzvləri və müharibə veteranlarına ödənilən müavinət və təqaüdlərin məbləği açıqlanıb
10:38
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib