booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Bölgələrdə tərəqqi ön mövqedədir...

Şamaxı Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib


01 aprel 2019-cu il tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, ATİAHİ-nin Şamaxı rayon komitəsinin sədri, rayonun ümumtəhsil və məktəbdənkənar müəssisələrinin direktorları iştirak edib. Şamaxı RTŞ-nin müdiri Namiq Nağıyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırıb. İclasda IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi, fənnolimpiadalarının respublika mərhələsinin yarımfinal turu, məktəbdaxili nəzarətin təşkili məsələləri və sair məsələlər də müzakirə edilib. Eyni zamanda Təhsil Şöbəsinin təşkilatçılığı ilə 05 aprel 2019-cu il tarixdə IX siniflərin iyun ayında keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədi ilə keçiriləcək sınaq imtahanı ilə bağlı direktorlara tapşırıqlar verilib. Çıxış edən təhsil şöbəsinin əməkdaşları cari məsələlər haqqında direktorları məlumatlandırıblar.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф