booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Şamaxıda “ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR” mövzusunda onlayn - konfrans keçirilib



05 May 2021-ci il tarixində Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının   98-ci ildönümünə  həsr  olunmuş  “ULU  ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ  MİLLİ SƏRVƏTİMİZDİR” mövzusunda onlayn - konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov ilk öncə tədbirdə iştirak edən qonaqları və iştirakçıları salamladı, sonra isə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir haqqında geniş məlumat verdi.  Tədbirdə iştirak edən  Millət Vəkili Tamam  Cəfərova, Şamaxı RİH-ti başçısının müavini Mehriban  Eyubova, ADPU-nun Şamaxı filialının direktoru Tunzalə  Yusifova, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova mövzu ətrafında çıxış edərək Ulu Öndər Heydər Əliyevin  anlamlı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda gördüyü misilsiz işlərdən geniş danışdılar. Çıxışlar bitdikdən sonra məktəbli şagirdlər Aytən Ədilova və Aslan Adıgözəlov Ulu öndər Heydər  Əliyevin anadan olmasının ildönümünə həsr etdikləri  şeir  parçalarını  tədbir iştirakçılarlna  təqdim  etdilər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф