booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Bölgələrdə tərəqqi ön mövqedədir...

“Gənclərin ictimai və könüllülük fəaliyyətinin artırılması” mövzusunda seminar-müşavirə keçirilib


“Gənclərin ictimai və könüllülük fəaliyyətinin artırılması” mövzusunda seminar-müşavirə keçirilib

2021-02-15
Şamaxıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Gənclərin ictimai və könüllülük fəaliyyətinin artırılması” mövzusunda onlayn seminar-müşavirə keçirilib.
Tədbirdə rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Şamaxı regional “ASAN xidmət” mərkəzinin könüllüləri, gənclər təşkilatlarının və birliklərinin nümayəndələri, ictimai fəal gənclər iştirak ediblər.
Onlayn seminar-müşavirədə rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi, könüllülərlə iş üzrə mütəxəssis Ülvi Məmmədov, gənc könüllü İsmayıl Məmmədli və başqaları çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində görülən işlərdən, könüllülük hərəkatının inkişafından, rayonda çalışan gənc könüllülərin fəaliyyət istiqamətlərindən və qarşıdan duran vəzifələrdən danışılıb, ətrafli müzakirələr aparılıb.
Habelə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə cəbhədə döyüşən və arxa cəbhədə ordumuza dəstək olan şamaxılı gənclərin, gənc könüllülərin fədakarlığından söz açılıb.
Onlayn seminar-müşavirədə “COVID-19” pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan karantin rejimi qaydalarına əməl olunmasının zəruriliyi üçün gənc könüllülər tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyi, aztəminatlı ailələrə və tənha ahıllara hərtərəfli yardımların göstərildiyi vurğulanıb. Qeyd olunub ki, hazırda mərhələli şəkildə vaksinasiyanın aparıldığı indiki vaxtda gənc könüllülər təbliğat kampaniyasında fəal iştirak etməli, maarifləndirmə işlərində fəallıq göstərməlidirlər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф