booked.net

Şamaxı ağsaqqalları: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil


Şamaxı ağsaqqalları iyul ayında Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribatın qarşısını alaraq düşmən ordusuna sarsıdıcı zərbə vuran qüdrətli ordumuzu dəstəkləyir, Vətənin müdafiəsi zamanı şəhid olan qəhrəman əsgərlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirirlər.
Bu fikirlər Şamaxı ağsaqqallarının Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında pandemiya dövrünün tələbləri çərçivəsində sosial məsafə gözlənilməklə keçirilən görüşündə səsləndirilib.
İştirakçılar öncə Ulu Öndərin abidəsini ziyarət edib, öz ehtiramlarını bildiriblər.
Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov iyulun 12-dən başlayaraq ölkəmizin sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribata ordumuz tərəfindən layiqli cavab verilməsindən və həmin günlərdə xalqımızın hərbçilərimizə dəstək verməsindən, Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəylik nümayiş etdirməsindən danışıb.
Görüşdə iştirak edən ağsaqqallar, müharibə veteranları ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da rayon əhalisinin, o cümlədən gənclərin baş verənlərlə əlaqədar Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirərək yürüş keçirdiklərini vurğulayıb, tarixi Azərbaycan torpaqlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən azad ediləcəyi günün heç də uzaqda olmadığını söyləyiblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф