booked.net

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü Şamaxıda keçirilmişdir


Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə Şamaxıda “dəyirmi masa” keçirilmişdir.
İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.
Xidmətin yaradılmasının 8-ci ildönümündə dövlət müstəqilliyinin qorunmasında milli ordumuzun əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, ölkədə vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuş, məhz bundan sonra Azərbaycanda real və ciddi ordu quruculuğu prosesinə start verilmişdir. Bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşması vurğulanmışdır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф