booked.net

Cavanşir Feyziyevdən Milli Mətbuat Günü münasibətilə TƏBRİK


Cavanşir Feyziyevdən Milli Mətbuat Günü münasibətilə TƏBRİK
Milli Məclisin deputatı Cavanşir Feyziyev Milli Mətbuat yaranmasının 145-ci il dönümü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib. “Şirvan”.az xəbər verir ki, təbrikdə  deyilir:
“Bu gün 145 yaşlı Milli Mətbuatımızın doğum günüdür. Qaranlıqlardan işığa çıxmaq üçün Həqiqətə doğru ilk addımın atıldığı gün.
Həqiqət nurlu bir işıqdır - qəlbləri ruhlandıran, beyinləri və düşüncələri saflaşdıran, insanlığı bir zaman nöqtəsindən digərinə aparan yolları aydınladan gur bir işıq. Bu işığı yandıranlar, onu sönməyə qoymayanlar, Ədaləti və Həqiqəti büdrəməkdən qoruyanlar qəlbinin və beyninin Həqiqət nurunu cəmiyyətlə bölüşən, Zərdabi məfkurəsinə və düşüncəsinə sadiq qalan qələm adamlarıdır, jurnalistlərdir. Bu müqəddəs amallarla qələmə sarılıb xalqımıza, millətimizə və onun ən müqəddəs arzu və məqsədlərinə xidmət edən bütün ziyalılarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və davamlı yaradıcılıq uğurları arzulayıram.”
Hörmətlə, Cavanşir Feyziyev


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф