booked.net

“Şirvan” qəzeti “22 iyul- Milli Mətbuat günü” münasibətilə 01 -20 iyul 2020-ci ili tarixədək Onlayn müsabiqəyə start verdi


“Şirvan” qəzeti  “22 iyul- Milli Mətbuat günü” münasibətilə  01 -20 iyul 2020-ci ili  tarixədək 
                             Onlayn müsabiqəyə start verdi
Koronavirus pandemiyasının yaratdığı təhlükəni ölkə ərazisində aradan qaldırmaq, insanlarımızın sağlamlığını, təhlükəsizliyini qorumaq üçün tətbiq edilən karantin rejimi hər birimizdən ciddi məsuliyyət hissi, duyarlılıq tələb edir.
Əlbəttə, bu çətin vaxtlarda məktəblilərin mənəvi zənginliyini daha da artırmaq və zənginləşdirmək  cəmiyyətimiz üçün vacib məsələlər sırasındadır.  Şamaxı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olaraq "Şirvan" qəzeti redaksiyası da bu vacib məsələdə fəal iştirak  etməkdədir. Belə ki, iyul ayından  başlayaraq, hər ay bir mövzuda (fərqli mövzuları əhatə etməklə) məktəblilər arasında onlayn müsabiqə keçirməyə qərar verdi. Hamınızı bu bilik yarışında iştirak etməyə dəvət edirik.
İyul ayı üçün nəzərdə tutulan mövzu:
"Əkinçi" qəzeti hansı zərurətdən yarandı?
Fikrinizi daha lakonik, aydın və əsaslandırmış şəkildə ifadə etməyə çalışın.
Cavablarınızı   shirvanqezeti@inbox.ru göndərin. Əlaqə nömrəsi  020-265-70-44
Mükafata layiq görülən (I, II və III yerlər) mövzular  qəzetimizdə dərc ediləcəkdir.
Qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaqdır.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф