booked.net

Rayonda “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda konsert proqramı olub


“Mədəniyyət həftəsi” çərçivəsində “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda konsert proqramı və “Neft və mədəniyyət xalqın sərvəti kimi” mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunub.
Konsertdə paytaxtımızdan dəvət olunan aktyorlar, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər.
Günün ikinci yarısında rayonun Heydər Əliyev Mərkəzində “Neft və mədəniyyət xalqın sərvəti kimi” mövzusunda elmi praktiki konfrans baş tutub. Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin birinci müavini Qasım Qasımov, mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, SOCAR, AMEA və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.
Vurğulanıb ki, iki milli sərvətimiz olan mədəniyyət və neft arasında əlaqələr sayəsində əsrlərdən bəri möhtəşəm layihələrə imza atılır.
Konfransı yekunlaşdıraraq mərkəzin direktoru Asif Usubəliyev sənaye, mədəniyyət və humanitar sahələrinin sintezi olan bu konfransın keçirilməsini dəstəkləyib, mərkəzin fəaliyyətindən, mədəniyyətimizin inkişafından, zəngin tariximizdən bəhs edib. Qeyd olunub ki, bir-birindən fərqli sahələrin sintezi ölkəmizin inkişafına daha uğurlu və maraqlı nəticələr əldə edilə bilər.
Tədbirdə, həmçinin “Mədəniyyət həftəsi” çərçivəsində Şəhla Xəlillinin tərcümə etdiyi, eyni zamanda Fariz Xəlilli tərəfindən nəşr olunan “Şirvanşahlar Yurdu”, “Şirvan xanlarının şəcərəsi”, “Seyid Nəsimi həqiqətlərə giriş” kitabların təqdimatı olub.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф