booked.net

Üzümçü fermerlər üçün innovativ diferensial tenologiyalar mövzusunda seminar keçirilib







Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində üzümçülük sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar üçün “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminar çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanmış kitabın təqdimatı olub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov yeni kitabın əhəmiyyətinə toxunub. Bildirib ki, respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn yeni nəşrdə Azərbaycanın torpaq-iqlim şəraiti nəzərə alınaraq üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası, əsas xəstəlik və zərərvericiləri, onlara qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında müfəssəl məlumatlar yer alıb. Həmçinin kitabda üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalamaq məqsədilə preventiv tədbirlər, üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması üzrə üsullar öz əksini tapıb.
Fermerlərlə aparılmış müzakirədə üzümçülük sahəsində elmin son nailiyyətlərini özündə əks etdirən kitabın mühüm əhəmiyyətə malik olduğu vurğulanıb və şərabçılığa dair fikir mübadiləsi aparılıb.
Elmi-praktik seminarın sonunda “Üzümçülükdə innovativ diferensial tenologiyalar və risklər” kitabı istehsalçılara pulsuz paylanıb.
Daha sonra Şamaxı rayonunun Məlcək kənd sakini Qurbanəli Babaşova məxsus üzüm bağında istehsalçılar üçün tarla şəraitində “Üzüm bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib və mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin aparılması barədə istehsalçılara praktiki məlumatlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф