booked.net

Səyyar qəbul: Böyük Xınıslı kənd sakinlərinin müraciətləri dinlənildi


Böyük Xınıslı kəndi, 04 dekabr 2025-ci il

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Böyük Xınıslı kəndində keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlər ediblər. Sakinlərin əsas problemləri kəndin daxili yollarının təmiri və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı olub. Bundan əlavə, kəndə marşrut xəttinin ayrılması, kanalizasiya xətlərinin çəkilməsi və məişət tullantılarının atılması üçün konteynerlərlə təmin olunmaması məsələləri də gündəmə gətirilib. Yəni, müraciətlərin əsasını kəndin infrastruktur və kommunal xidmətlərinin yaxşılaşdırılması təşkil edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər ölkədə və rayonda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası istiqamətində görülən tədbirlərdən danışıb.

Qəbul zamanı sakinləri maraqlandıran digər suallar ətrafında da müzakirələr aparılıb. Qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф