booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Şamaxı Kələxana Türbələr Kompleksi...

Keçməddin kəndində səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Keçməddin kəndində keçirilib. Qəbulda RİH başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər. Tahir Məmmədov çıxışında son illər ölkə üzrə, eləcə də Şamaxı rayonunda həyata keçirilən abadlıq və quruculuq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrasına dair tədbirlərdən bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının uğurlu icrasının bölgənin simasını sürətlə dəyişdirdiyini vurğulayıb. Səyyar qəbul zamanı Keçməddin kənd sakinləri əsasən kənddaxili yolların təmiri, eləcə də pay torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Sakinlərin qaldırdıqları digər məsələlərlə bağlı da ətraflı müzakirələr aparılıb, onların operativ həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф