booked.net

Şamaxı rayonunun daha 2 yaşayış məntəqəsinə - Çöl Göylər və Çıraqlı kəndlərinə ilk dəfə təbii qaz verilib







    Respublikamızın bölgələrində, o cümlədən Şamaxıda bütün yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Avqustun 9-da rayonun daha iki kəndinə - 237 nəfərin yaşadığı Çöl Göylər və 295 nəfərin yaşadığı Çıraqlı yaşayış məntəqələrinə təbii qaz verilib.
    110 abonenti olan Çöl Göylər və 39 abonenti olan Çıraqlı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 954 metr müxtəlif diametrli daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə Çıraqlı kəndində açılış mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək ölkə başçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı, rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, bölgələrdə, o cümlədən Şamaxıda reallaşdırılan sosial layihələrdən danışıblar. Qeyd olunub ki, Şamaxı rayonunda bir şəhər, beş qəsəbə və 57 kənd olmaqla 63 yaşayış məntəqəsi vardır ki, artıq onlardan 49-u qazlaşdırılıb, rayon üzrə qazlaşdırma 94 faizi ötüb. Digər yaşayış məntəqələrinin qazlaşdırılması üçün layihələndirmə işləri görülüb, yaxın vaxtlarda işlərin icrasına başlanacaqdır.
    Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək bölgələrin sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Sonra rəmzi məşəl alovlandırılmış, yaşayış məntəqələrinə təbii qaz verilmişdir









Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф