booked.net

SƏYYAR QƏBUL-GÖRÜŞLƏR DAVAM EDİR


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü keçirilib.
Rayonun Məlikçobanlı kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yerlərdə sakinlərin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф