booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Şamaxıda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur.



Erməni-daşnak qüvvələrinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçülərinə görə Şamaxı qırğınları ayrıca yer tutur.  Belə ki, erməni qəsbkarlarının Şamaxıya hücumu nəticəsində 58 kənddə 8 027 nəfər (4190 nəfəri kişi, 2560 nəfər qadın, 1277 nəfər uşaq) dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmişdir.  Şamaxı şəhərində 13 məscid, o cümlədən  Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılmışdır. 
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilərək 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayonunda anım tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə soyqırım abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф