booked.net

Əbədi yaşar ideyaların Heydər Əliyev zirvəsi


Hər bir xalqın mükəmməl milli dövlətçilik konsepsiyasının formalaşması müstəqillik ideyaları və milli iradə ilə bərabər, həm də müdrik bir lider olmasını şərtləndirir. Çünki, bu şəxslərin ucalığı ondadırki, onlar xalqın çətin, mürəkkəb və taleyüklü günlərində Vətən adlı məsuliyyəti öz çiyinlərinə götürər, azadlıq və müstəqillik kimi müqəddəs məfhumların, ali məqsədlərin reallaşmasında əvəzsiz rol oynayar, bununla da, Azərbaycançılıq ideologiyasının banisinə çevrilərlər.  

Şübhəsizki,Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyev tarix yaradan şəxsiyyət kimi xalqı və dövləti qarşısında hər zaman misilsiz, örnək xidmətlər göstərib. Çoxşaxəli  və səmərəli fəaliyyət istiqamətlərinə malik, ömrünü xalqına bağlamış müdrik strateq həm də dünənin, bu günün və sabahın siyasi təşkilatı sayılan Yeni Azərbaycan Partiyasının qurucusudur.

Mövzuya məhz bu aspektdən yanaşaraq bugünkü həmsöhbətimiz Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıdır.

Bildiyiniz kimi bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu il dönümü ərəfəsindəyik. Etiraf etmək lazımdır ki, partiyanın yaradılması həm də tarixi və bir o qədər də mürəkkəb dövrə təsadüf edir.Tural müəllim dünənin, bu günün və gələcəyin dönüş nöqtəsi sayılan bu partiya hansı zərurətdən yaradıldı? Zəhmət olmasa əvvəlcə bu barədə oxuculara məlumat verin.

-Bəli, ölkəmizin ictimai-siyasi həyatını əhatə edən bütün sahələrdə öncül rol oynayan, həmçinin ümummilli lider Heydər Əliyevin yaratdığı və cəmiyyətin avanqard qüvvəsi hesab edilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü qeyd edirik. Dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edən ötən 30 il partiyanın keçdiyi çətin və şərəfli yolun həm də parlaq mənzərəsini yaradır. 

 Sirr deyil ki, Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və məşəqqətli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi idi. Mövcud reallığı vaxtında və düzgün qiymətləndirən bir qrup ziyalı –“91”lər ulu öndərə müraciət etdilər. Şanlı tariximizə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, daima arzusunda olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna səbəbdən də daima Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən dahi liderə - Heydər Əliyevə müraciət etdi.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev partiyanın yaradılması zərurətini əsaslandıraraq deyirdi ki, YAP-ın yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisə-Azərbaycan cəmiyyətinin həyatının yeni mərhələsinin başlanğıcını qoyan və ölkəmizin yollarını müəyyənləşdirən tarixi hadisə oldu. Hərci-mərclikdən, qanunsuzluqdan, siyasi və hərbi məğlubiyyətlərdən, iqtisadi dağıntıdan və özbaşnalıqdan yorulmuş cəmiyyət ümüd yerini partiyanın yaradılmasında gördü, Heydər Əliyevin ətrafında birləşdi. Azərbaycanın bu zamana kimi kecən tarixi sübut etdi ki, xalq düzgün seçim etmişdir.

İstərdim Partiyanın keçdiyi şərəfli inkişaf yoluna da ümumi nəzər yetirək. Maraqlıdır, bəs cəmiyyətin əsas avanqard qüvvəsinə çevrilən YAP-ın yaradılmasından sonra ölkəmizdə baş verən prossesləri necə xarakterizə edirsiniz?

-İlk növbədə xüsusilə qeyd edilməlidir ki, ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin əsasını qoydu. Həmin tarixdən etibarən məhz Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirmiş, o cümlədən partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. 

Mövzuya ümumi konteksdən yanaşsaq, qeyd edilməlidir ki, 1993-2003-cü illəri əhatə edən tarixi dövrü Azərbaycanda bütün sahələri ehtiva edən yeni inkişaf və intibah erasının başlanğıcı hesab olunur. Dahi şəxsiyyət bu zaman kəsiyində ölkə həyatında baş verən bütün problemlərə xüsusi diqqət və həssaslıqla yanaşmış, ardıcıl institusional islahatlar keçirmiş, mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramları qəbul etmişdir. Bu istiqamətdə reallaşdırılan tədbirlərin məntiqi davamı kimi, 1994-cü ildə Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli hesab edilən “Əsrin müqaviləsi” imzalanmış, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşmış, eyni zamanda ordu quruculuğunun möhkəmləndirilməsi və o cümlədən peşəkar kadrların formalaşdırılması prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu gün ölkəmizdə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan akt-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, habelə söz və mətbuat azadlığının təminin baxımından senzuranın ləğvi də məhz həmin dövrə təsadüf edir.

Əminliklə deyə bilərik ki, bu gün əqidə möhkəmliyi, prinsipial mövqe, eləcə də sözlə əməlin vəhdəti hesabına ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının qalib, davamlı inkişafa malik olan Azərbaycanın uğurlarında xüsusi payı vardır. Partiya ölkəmizin daha da qüdrətlənməsinə, xalqın sosial-rifah halının yaxşılaşmasına maksimum səy göstərir. Xüsusilə qeyd edilməlidir ki, müasir dövrün çağırışlarına adekvat cavab, təkmilləşmə siyasətinin gücləndirilməsi Yeni Azərbaycan Partiyasının özəyini təşkil edir. 2021-ci ildə VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi mühüm qərarlar da şübhəssiz ki, daha uğurlu gələcəkdən xəbər verir.

Məlum olduğu kimi, 2003-cü ildən sonraki dövr müasir və müstəqil Azərbaycan tarixində inkişaf və tərəqqi ilə müşayiət olunan yeni mərhələ kimi xarakterizə olunmaqdadır. Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində ən düzgün seçim kimi “İlham Əliyev və YAP”-ı ünvan göstərməsi də bu mənada başa düşüləndir...

-Çox əhəmiyyətli və aktuallıq kəsb edən bir nüansa toxundunuz. Bəli, reallıqdır ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində dahi öndər Heydər Əliyevin bütün istiqamətlər üzrə siyasi kursunu uğurla davam etdirən, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin liderlik amili çox müstəsna rol oynayır. Mövcud xalq-lider həmrəyliyi, xalqın həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması partiyaya olan inamı daha da gücləndirməkdədir. Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının üzərində müasir dövrün reallıqlarına uyğun çevik və modern idarəetmə platforması formalaşdırılıb. 

Təsadüfi deyil ki, ötən dövrlər ərzində yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqqlarının, eyni zamanda təqaüd və müavinətlərin dəfələrlə artırılması, geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri mahiyyət etibarilə hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Ölkəmizin sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilməsi də bu mənada başa düşüləndir.

Sevindirici haldır ki, YAP həm də müasir dövrün yeni çağırış və tələblərinə uyğun addımlayır, bu sahədə fəal dövlət siyasəti yürüdür. Təbii ki, hər bir halda təkmilləşdirmə, eyni zamanda yenilikçi ideya və təşəbbüslər də zamanın öncül tələblərindəndir. Bu mənada Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarına da böyük vəzifə yükü və məsuliyyət düşür.
Tural müəllim, bəs Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında bu istiqamətdə hansı tədbirlər reallaşdırılır?

-Məlum olduğu kimi, bu gün ölkəmizin digər regionları ilə yanaşı, Şamaxı rayonunda da ümummilli liderimizin müəyyən etdiyi təməl prinsiplərə əsaslan Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Ötən dövrlər ərzində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin etməlkə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda iqtisadiyyatın modernləşməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyət, aparılan islahatlar, uğurla icra edilən Dövlət proqramları inkişafın daha sürətli mərhələyə qədəm qoymasına əsaslı rəvac verib.

Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması, şübhəsiz ki,  ulu öndərin yoluna sədaqətin bəhrələridir. Reallaşdırılan sistemli tədbirlərin hesabınadır ki, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sıraları hər ötən il xeyli artmaqdadır.

Əlavə olaraq ötən müddət ərzində Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının fəaliyyət istiqamətləri daha genişlənmiş, istər gənclərin inkişafına yönələn, istərsə də ictimai-siyasi sahələri əhatə edən müxtəlif tədbirlər həyata keçirilib. Bu sahədə xüsusilə diqqətdə saxlanılan prioritet mövzulardan biri də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlərin reallaşdırılması, o cümlədən onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin görülməsidir.

Müdriklər deyir ki, “sağlam ideyalar toplardan daha bərk guruldayır, sağlam fikirlər ordulardan daha qüdrətlidir, sağlamprinsiplər süvari qoşunlardan daha çoxqələbə çalır”. Bu mənada böyük mübarizə yolu keçən Yeni Azərbaycan Partiyası sıralarının ildən ilə genişlənməsi də təsadüfi deyil. Yeri gəlmişkən istərdim elə statistik mənzərəyə də ümumi nəzər salaq. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının hazırda nə qədər üzvü vardır?

Bu gün cəmiyyətin inkişafına yönəlmiş və bütün sferaları əhatə edən çoxşaxəli sosial-iqtisadi layihələrin reallaşdırması, habelə ölkə gənclərinin dövlətçilik və milli maraqlar ətrafında sıx birləşməsi, mahiyyət etibarilə partiyamızın tərəfdarlarının sayının böyüməsinə də münbit zəmin yaradıb. Fərəhli haldır ki, partiya sıralarında gənclərin sayı isə, xüsusilə, nəzərə çarpandır. Məlumat üçün bildirim edim ki, hazırda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında ümumilikdə 7724 nəfər qeydiyyatdadır ki, bunlardan da 4113 nəfərini gənclər təşkil edir. Zəruri bir nüansı da qeyd edim ki, təkcə cari ilin birinci yarımili ərzində partiya sıralarına qoşulmaq üçün 383 nəfər müraciət edib ki, onların da 287-ni və ya 75 faizimi məhz gənclər təşkil edir.

Bildiyiniz kimi uğurla həyata keçirilən dövlət qadın siyasəti, gender bərabərliyi və yaradılan hərtərəfli şərait imkan verir ki, Azərbaycan qadınları bu gün öz taleyini sağlam əqidə ideologiyaya əsaslanan Yeni Azərbaycan Partiyasına bağlamaqla rayonun ictimai-siyasi həyatında yaxından iştirak etsin, habelə təmsilçilik fəaliyyətini daha da genişləndirsin...

- İlk növbədə qeyd edim ki, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, bu sahədə əsas prinsiplərin müəyyən edilməsi, həmçinin dövlət səviyyəsinə qaldırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət dövlətçilik tariximizin bütün mərhələlərində qadın hərakatının formalaşması, cəmiyyətdə öz layiqli yerini tutması və əvəzsiz qüvvəyə çevrilməsi baxımından müstəsna işlər görüb. Həmçinin qadınların rəhbər vəzifələrdə irəli çəkilməsi də diqqətdə saxlanılan prioritet sahələrdən biri olub. Gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizminin əsasını da ulu öndərin rəhbərliyi ilə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Sevindirici haldır ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qadın hərəkatının gücləndirilməsi sahəsində siyasi və iqtisadi sistem qurmuş, bölgənin əsas güc və nüfuz sahibi olan Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Belə ki, Yeni Azərbaycan Partiyasında da gender bərabərliyinin təmin olunması, qadınların da kişilərlə bərabər partiyanın rəhbər orqanlarında təmsil olunması xüsusi diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi davamı kimi, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin yaradılması da bu faktı bir daha təsdiq edir.

Ölkəmizdə milli qadın hərəkatının tərəqqisindən, habelə qadınların cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməsindən danışarkən xüsusi vurğulanmalı məqamlardan biri də, şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, yorulmaz, ali məramlara söykənən fəaliyyətidir.

Yeri gəlmişkən, mövzunun aktuallığı və əhəmiyyəti Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında da diqqətdə saxlanılan əsas məsələlərdən biri- dir. Məlumat üçün bildirim ki, bu gün Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı üzvlərinin 57.4%-ni məhz qadınlar təşkil edirlər.

Sirr deyil ki Yeni Azərbaycan Partiyası şanlı tariximizə həm də qələbələr və uğurlar partiyası kimi də həkk olunub. Müasir hərb dünyasında nümunə sayılan və bu günlərdə artıq ikinci il dönümü qeyd etdiyimiz parlaq zəfərimizdə də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və payı vardır. Bu gün tarixi qələbənin yaratdığı yeni reallıqlar fonunda  partiyanın gələcəyini necə şərh edərsiz?

-Məlum olduğu kimi, bu gün həm də şanlı Zəfər tariximizin ikinci ildönümü ərəfəsindəyik. 30 ilə yaxın bir zaman kəsiyində öz dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız, qəlbi daima Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı bu günün məhz iftixarını yaşamaqdadır. Əminliklə deyə bilərik ki, ölkəmizin əzəli və əbədi torpağımız olan Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi parlaq Qələbə xalqımızın çoxəsrlik tarixinin ən mühüm hadisəsidir. Şübhəsiz, bu tarixi Zəfərin müəllifləri Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Ən önəmlisi isə Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindən olan xalq-lider-ordu birliyi bu şanlı Qələbəni təmin etdi. 

Xüsusilə qeyd edilməlidir ki, 2021-ci il mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı Vətən müharibəsində tarixi Qələbə ilə nəticələnən yeni reallıqlar dövrünə təsadüf etdi. Həmin qurultay bir daha təsdiq etdi ki, hər hakim partiya müasir dövrə fəal və yeniləşmiş formatda qədəm qoyur. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb” fikirləri də bur faktı bir daha təsdiq edir.

Partiyanın təməl prinspləri, yüksək xalq etimadı, o cümlədən sağlam ideologiya şübhəsiz ki, partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini şərtləndirir. Və son olaraq, partiyanın qarşıdaki vəzifələri və gələcək fəaliyyət planları barədə istərdim oxucularımıza ətraflı məlumat verəsiniz.

-Bu gün ölkəmizin sürətli və dinamik inkişafı, sosial-iqtisadi islahatların əhatə dairəsinin xeyli genişlənməsi, ardıcıl Dövlət Proqramlarının qəbulu və uğurla icrası,o cümlədən müasir dövrün yeni çağırışları Yeni Azərbaycan Partiyasının qarşısına yeni vəzifələr qoyur, partiya üzvlərindən yüksək fəallıq tələb edir. Partiyanın VII qurultayı ölkəmizin bütün sferalar üzrə dayanıqlı inkişafına böyük töhfə verməklə yanaşı, partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini bir daha əyani olaraq sübut etdi.

Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı da göstərilən ali diqqət və davamlı qayğının müqabilində bundan sonra da fəaliyyətini günün tələblərinə uyğun quracaq, həmçinin milli maraqlarımızı rəhbər tutmaqla xalqa, dövlətə və dövlətçiliyə xidmət yolunda maksimum qüvvə və səy göstərəcəkdir.

Maraqlı müsahibə üçün təşəkkür edirik,Azərbaycan tərəqqisinin öncül siyasi qüvvəsi sayılan YAP-ın təsis edilməsinin 30-cu  ildönümündə yeni uğurlar diləyirik.

Könül Məmmədova
“Şirvan” Qəzetinin
Baş redaktoru


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф