booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

COVİD-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozasının vurulmasının əhəmiyyəti


Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar- bu, tibb mütəxəssislərinin yekdil qənaətidir. Hər bir vətəndaş dərk etməlidir ki, vaksinasiya infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq kimi müstəsna həyati vacib əhəmiyyət kəsb edir.
Peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri artıq dünyada aparılan tədqiqatlarla sübuta yetirilib. Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır.
Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Ona görə də hər bir vətəndaş öz üzərində sosial məsuliyyət hiss etməlidir.
Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib.Onların hər biri effektiv və təhlükəsizdir.
Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVID-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə aparır, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər.
Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, vaksinin qüvvətləndirici üçüncü dozasının tətbiqi məqbul hesab olunur.
Müxtəlif dünya ölkələrinin araşdırmaları nəticəsində COVİD-19 virusuna qarşı buster doza, yəni qüvvətləndirici doza məsləhət görülür. Müxtəlif ölkələrin praktikasını nəzərə alsaq, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına əsasən, ilk buster dozadan altı ay keçmiş və 65 yaşdan yuxarı, həmçinin 18 yaşdan yuxarı olan və yan xəstəlikləri mövcud olan, yüksək risk şəraitində yaşayan və işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən isə bildirilir ki, 50 yaşdan yuxarı insanlar, həmçinin 16 yaş üzəri və yüksək risk qrupları, yenə də həmçinin yüksək risk şəraitində yaşayan və işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə üçüncü doza 60 yaş üzəri vətəndaşlarla yanaşı, avqust ayından 12-16 yaşında olan insanlara da tətbiq edilməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən isə buster doza immunosuppressiv hallarda və həssas qruplara tövsiyə edilir. Türkiyədə və Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektliyi artıq sübuta yetirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф