booked.net

Mart hadisələri müstəqil Azərbaycanın inkişafına mane ola bilmədi, dövlətçiliyə qarşı xəyanətin qarşısı müdriklik və qətiyyətlə alındı


Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı, ölkəmizin inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəlmişdir.
Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladı ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdi. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir   tərəfdən   erməni-faşist   daşnaklarının   işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. 1995-ci ilin mar ayının 13-17-də baş verən hadisələr də daxili düşmənçilik hərəkatı kimi tarixə keçdi. O vaxt Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları, onlarla birlikdə çıxış edən siyasi müxalifət hakimiyyətə gəlmək üçün öz çirkin planlarını həyata keçirməyə başlamış, dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə faktiki qiyam qaldırılmışdı. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə ələ keçirməkdə tam israrlı idilər, lakin qiyam martın 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən yatırıldı.
Martın 16-17-də Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda dövlət çevrilişinə təkrar cəhd edildi. Dövlət başçısı olmaq iddiasında olan Rövşən Cavadov və onunla birlikdə olanlara qarşı cəmiyyətdə şiddətli nifrət yaranmışdı. Cavadov qardaşlarının hakimiyyət hərisliyi qardaş qanının tökülməsinə səbəb oldu. Onların hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmə cəhdləri nəticəsində 22 hərbiçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşı həlak oldu. R.Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Rövşən və Mahir Cavadov qardaşlarının və onlarla həmrəy olan müxalifət nümayəndələrinin dövlət çevriliş cəhdini pisləyərək qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, bu işdən əl çəkəcəkləri təqdirdə onların əfv olunacağını bildirmişdir. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da danışmış, ona oğullarının vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyyə etmişdir. Rövşən Cavadov da, o vaxt verdiyi müsahibələrin birində bunu təsdiqləyərək demişdir: "Biz Heydər Əliyevlə neçə dəfə danışmışıq. Bunlar bizimlə bacaran deyillər, bacara da bilməzlər... Biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə, onu zorla devirərik, yəni zorla, silahla".
Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, xalqın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyası idi. Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa mürciət edən zaman gec olmasına baxmayaraq minlərlə insan Ulu Öndərin çağırışına səs verdi, meydanlara gəldi,xalq iradəsini, dövlət çevrilişinə olan münasibətini ortaya qoydu.
Ulu öndər Heydər Əliyevin qətiyəti, uzaqgörən siyasəti xalqın öz liderini dəstəkləməsi nəticəsində dövlət çevrilişi cəhdlərin qarşısı alındı və ölkədə davam edən hakimiyyət böhranına, öz başınalığa son qoydu.
Heydər Əliyevin dövlət çevrilişinin qarşısını alması Azərbaycan xalqının gələcəyə olan inamının dahada artırdı. Törədilən cinayət əməlləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də,müstəqil Azərbaycan dövlətini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi. 1995-ci ilin mart hadisələri Azərbaycan xalqının müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin tarixində iki cəhətdən yadda qaldı. Birincisi guya xalqını, vətənini canından artıq sevən, dövlətin dövlətçiliyin tərəfində olduğunu bəyan edənlərin iç üzləri açıldı. İkincisi isə, dövlət özünü qorumaq iqtidarında olduğunu bir daha sübut etdi.
1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, Ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də, Azərbaycanı xilas edib!


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф