booked.net

Məhərrəmlik ayı da karantin rejiminə uyğun olaraq keçiriləcəkdir


Məhərrəmlik mərasimi Azərbaycanın milli-mənəvi mədəniyyətində müstəsna əhəmiyyətə malikdir. Bu il məhərrəmlik ayı avqustun 21-nə, aşura günü isə 30-na təsadüf edir. Hər il bu ay məscidlərdə kütləvi şəkildə keçirilirdisə, lakin bu il pandemiya səbəbindən insanların bir yerə toplaşması məqsədəuyğun hesab edilmir. Çünki kütləvi şəkildə insanların bir araya yığışması koronavirusa yoluxma ehtimalını artıra bilər.

Əhalinin sağlamlığını nəzərə alaraq Operativ Qərargah Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkəmizdə mömin insanların inanclarına çox hörmətlə yanaşıldığını bildirib.
“Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn Məhərəm ayı ilə bağlı keçiriləcək dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik. Biz vətəndaşlarımızın və inanclı şəxslərin müəyyən olunan qaydalara riayət edəcəyini gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, avqustun 31-dək 13 şəhər və rayonda sərt karantin rejimi tətbiq edildiyindən və nəfərdən artıq insanın bir yerə yığılmasına icazə verilmir. Eyni zamanda, bu müddət ərzində məscidlərin açılması da gözlənilmir. Bu səbəbdən Məhərrəmlik ayı da karantin rejiminə uyğun olaraq keçiriləcəkdir


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф