booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

İranlı idmançı: Şamaxı şəhəri də paytaxt Bakı kimi gözəldir


“Azərbaycanın Şamaxı şəhəri də paytaxt Bakı kimi gözəldir və füsunkar təbiəti ilə tanınır.”
Bu sözləri Azərbaycanda keçirilən sərbəst güləş üzrə turnirdə qızıl medal qazanan iranlı Əli Quluzadəcan deyib.
O bildirib ki, İran ilə Azərbaycanın oxşar cəhətləri çoxdur. Adət-ənənələrimizin, milli mətbəximizin və dinimizin eyni olması ilə əlaqədar adam burada özünü sərbəst hiss edir. Bu sərbəstlik və rahatlıq hissi xalça üzərində qalib gəlməyə də imkan yaradır.
İranlı idmançı deyib ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Yeni idman zalları və idmançılara qayğı daim yeni qələbələrin əldə edilməsinə şərait yaradır. Azərbaycan idmançılarının da bu yarışda birinci yerə sahib olmaları təsadüfi deyil. Onlar daha yaxşı hazırlaşıblar.
Xatırladaq ki, sərbəst güləşçi Əli Quluzadəcan oktyabrın 5-6-da Şamaxıda Oleq Krapivinin xatirəsinə həsr olunan turnirdə 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф