booked.net

Şamaxıda Çöl Göylər və Ovçulu kəndlərində səyyar qəbul görüşləri keçirilmişdir


12 mart tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Çöl Göylər və Ovçulu kənd sakinləri ilə səyyar qəbul keçirib. Görüşdə rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin və digər xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak edib. Başçı çıxışında son illərdə rayonda və respublikada aparılan abadlıq-quruculuq işlərindən və kəndlərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb, gələcək planlar haqqında ətraflı məlumat verib.

Çöl Göylər kəndi
Sakinlər əsasən kəndin elektrik təsərrüfatının yenilənməsi və yeni tibb məntəqəsinin tikintisini tələb ediblər. Bundan əlavə, su təchizatı, yolların vəziyyəti və kənddəki sosial xidmətlərin yaxşılaşdırılması məsələləri də müzakirə olunub. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov hər bir müraciətə diqqətlə yanaşıb və problemlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

Ovçulu kəndi
Kənd sakinləri elektrik enerjisinin təchizatı, rayon mərkəzi ilə kəndi birləşdirən yolun üzərində yol nişanlarının quraşdırılması və tibb məntəqəsinin inşası məsələlərini önə çəkiblər. Həmçinin sosial və xidmət obyektlərinin vəziyyəti, yol təhlükəsizliyi və kommunal xidmətlərin yaxşılaşdırılması mövzusunda suallar verilib. Qaldırılan məsələlər ətrafında ətraflı müzakirələr aparılıb və aidiyyəti qurumlara tezliklə həll olunması üçün tapşırıqlar verilib.
Belə səyyar qəbul görüşləri sakinlərin problemlərinin yerində öyrənilməsi və vaxtında həll olunması baxımından böyük əhəmiyyət daşıyır. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov  gələcəkdə də kənd və qəsəbələrdə mütəmadi səyyar qəbul görüşlərinin davam etdiriləcəyini vurğulayıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф