booked.net

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib


Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın".

Azərbaycan Respublikasında bələdiyyələrin
SİYAHISI:  

                                      Şamaxı rayonu üzrə:
1. Avaxıl, Dəmirçi, Ərçiman, Hacılı, Qızmeydan və Nağaraxana bələdiyyələrinin əhatə etdiyi Yusif Məmmədəliyev qəsəbəsində və Avaxıl, Dəmirçi, Əhmədli, Ərçiman, Hacılı, Qızmeydan, Nağaraxana, Pirbəyli, Səfalı, Talışnuru, Yeni Qızmeydan, Zarat Xeybəri kəndlərində Nağaraxana bələdiyyəsi;
2. Bağırlı, Hacıqədirli və Ovçulu bələdiyyələrinin əhatə etdiyi Bağırlı, Hacıqədirli və Ovçulu kəndlərində Bağırlı bələdiyyəsi;
3. Birinci Çaylı və Quşçu bələdiyyələrinin əhatə etdiyi Aşkar qəsəbəsində və Birinci Çaylı, Quşçu, Laləzar kəndlərində Quşçu bələdiyyəsi;
4. Çarhan və Məlikçobanlı bələdiyyələrinin əhatə etdiyi Adnalı, Çarhan, Məlikçobanlı, Nüydi və Sabirli kəndlərində Çarhan bələdiyyəsi;
5. Dağ Bağırlı və Göylər bələdiyyələrinin əhatə etdiyi Acıdərə, Çöl Göylər, Dağ Bağırlı, Göylər Dağ və Yenikənd kəndlərində Göylər bələdiyyəsi;
6. Dədəgünəş, Qaleybuğurd və Məlhəm bələdiyyələrinin əhatə etdiyi Birinci Çağan, Çuxuryurd, Dədəgünəş, Əngəxaran, İkinci Çağan, Keçməddin, Qaladərəsi, Qaleybuğurd, Sis və Məlhəm kəndlərində Məlhəm bələdiyyəsi;
7. Günəşli, Qurdtəpə, Meysəri və Muğanlı bələdiyyələrinin əhatə etdiyi Günəşli, Qurdtəpə, Meysəri, Muğanlı, Şərədil və Şirvan kəndlərində Meysəri bələdiyyəsi;
8. İkinci Cabanı, Qonaqkənd və Sabir bələdiyyələrinin əhatə etdiyi Sabir qəsəbəsində və Cabanı, Çıraqlı, Həmyəli, İkinci Cabanı, İkinci Çaylı, Qonaqkənd, Mərzəndiyə kəndlərində Sabir bələdiyyəsi;
9. Mədrəsə və Mirikənd bələdiyyələrinin əhatə etdiyi Mədrəsə qəsəbəsində və Kərkənc, Qaravəlli, Məlcək, Mirikənd kəndlərində Mədrəsə bələdiyyəsi;
10. Şamaxı və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Şamaxı şəhərində, Şəhriyar qəsəbəsində və Böyük Xınıslı, Kələxana kəndlərində Şamaxı bələdiyyəsi.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф